“Son günlər müxtəlif sosial şəbəkələrdə SOCAR adından istifadə edərək, maddi maraq qarşılığında vətəndaşlara işə düzəltmə və ya investisiya yatırma imkanları təklif olunur”.
Bu barədə SOCAR-ın yazdığı məlumatda bildirilib:
“Bəyan etmək istəyirik ki, dələduzluqla məşğul olan bu səhifələrin SOCAR-a heç bir aidiyyəti yoxdur, həmçinin şirkət onların verdikləri vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşları ayıq-sayıqlığı itirməməyə və sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq.
Qeyd edək ki, SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan boş iş yerləri (vakansiyalar) şirkətin veb-saytının (www.socar.az) “Karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur. Müsabiqə qaydaları haqqında ətraflı məlumat həmin bölmədə yerləşdirilib”.
www.RIA24.az