Bir sıra istiqamətlərdə vətəndaşların pensiyaya çıxma şərtlərinin yumşaldılması gözlənilir.
Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlara və Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.
Milli Məclisin iclasında layihələr üçüncü müzakirəyə çıxarılıb.
Bildirək ki, “Əmək pensiyaları haqqında” qanuna ümumilikdə 10 maddə üzrə 40 dəyişiklik olunur.
Sənəddə kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, çoxuşaqlı ailələrə güzəştlərin artırılması, eyni zamanda pensiyaya çıxma şərtlərinin sadələşdirilməsi, pensiyanın bir növündən digərinə keçidin, daha tez pensiyaya çıxma hallarının genişləndirilməsi kimi müddəalar yer alıb.
Bu dəyişikliklərin qəbulundan 17-20 min vətəndaş faydalanacaq və bunun üçün 4,2 milyon manat əlavə maliyyə vəsaiti tələb ediləcək.
Layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.
www.RIA24.az