Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” “Apple”i geridə qoyub və kapitallaşmaya görə dünyada birinci olub.
Neft şirkətinin kapitallaşması 2,43 trilyon dollar, “Apple”inki isə 2,42 trilyon dollar təşkil edib.
2022-ci ilin əvvəlində “Apple”in bazar dəyəri üç trilyon dollar idi ki, bu da “Saudi Aramco”dan təxminən bir trilyon dollar çoxdur. Lakin o vaxtdan bəri korporasiyanın səhmlərinin qiyməti təxminən 20% düşüb, neft şirkətinin səhmlərinin dəyəri isə 28% artıb.
Mənbə: Bloomberg
www.RIA24.az