Azərbaycan Gürcüstanın vergilər sahəsində apardığı islahatlarla tanış olub – FOTO

İqtisadiyyat

Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətində görüş keçirib.

Görüşdə nümayəndə heyətinə Gəlirlər Xidmətində həyata keçirilmiş islahatlar barədə təqdimat nümayiş etdirilib. Tərəflər vergi ödəyicilərinin qeydiyyata alınması, elektron xidmətlərdən istifadə, bəyannamələrin yoxlanılması və digər məsələlərin müzakirəsini aparıblar.

Qeyd edilib ki, iki ölkənin biznes sektorlarının nümayəndələri arasında daha fəal əməkdaşlıq üçün bütün imkanlar mövcuddur.

Görüşdən sonra Dövlət Vergi Xidmətinin nümayəndələri Tbilisinin Vake-Saburtalo rayonu üzrə vətəndaşlara xidmət mərkəzinə baş çəkiblər və qeydiyyat prosedurları ilə yerində tanış olublar.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir