Azərbaycanda ÜDM yeddi faizdən çox böyüyüb

İqtisadiyyat

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 554,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, son bir ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2%, qeyri neft-qaz sektorunda isə 11,4% artıb.

ÜDM istehsalının 54,8%-i sənaye, 7,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6%-i nəqliyyat və anbar təsərrüfatı, 4%-i tikinti, 2,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,5%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9%-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 57,15% artaraq 3 938 manat olub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir