Azərbaycanda yuyucu tozlar kəskin BAHALAŞDI

İqtisadiyyat

Son zamanlar Azərbaycanda ərzaq və digər istehlak mallarında qismən artım kəskin bahalaşmaya keçib.

Bakupost.az xəbər verir ki, Bakıda iri marketlərdə yuyucu tozların qiymətləri alıcıları şoka salıb.

Belə ki, ötən aya qədər hələ bahalaşma ilə 5 kiloqramlıq tozların qiyməti 21-23 manat arası dəyişirdisə, indi 27, az qala 30 manata qalxıb.

Eynilə 1,5 və 3 kq-lıq tozların da qiyməti xeyli artıb.

Satıcıların məlumatına görə, yeni qiymətlər bu gün daxil edilib. Ötən həftəyə qədər tozlar aksiyada, endirimdə idi deyə alıcılar ucuz qiymət görürdü.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir