“Cari ilin aprel ayında fərdi sahibkarların 22 faizini qadınlar təşkil edib. Bu sahədə qadınların aktivliyinin artması hiss olunur”.
Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən “SHE 2022” konqresində çıxışı zamanı deyib.
O bildirib ki, qadınların sahibkarlıq sahəsində yenilikləri, fikir və təklifləri bu sahəyə yenilik gətirir:
“Qadın sahibkarlığının mövcud vəziyyəti və perspektivləri mövzusunda tədbirlər keçirilir. Məlum olur ki, qadınların bu sahədə bilik və bacarıqlarının artırılması vacibdir. Xüsusilə də regionun ucqar ərazilərində yaşayan istedadlı xanımlar üçün daha önəmlidir.
9 minə yaxın sahibkar xanımlar və bu sahəyə gəlmək istəyən şəxslər bizim KOB İnkişaf Mərkəzlərində keçirilən təlimlərimizdə iştirak ediblər”.
Könül Cəfərli
www.RIA24.az