“İsrail şirkətlərinə azad edilmiş ərazilərdə fəaliyyət göstərməklə bağlı çağırış edilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan-İsrail biznes forumunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Əkbər Abbasov bildirib.
Onun sözlərinə görə, Azərbaycan azad edilmiş ərazilərdə “ağıllı şəhər”lər, “ağıllı kənd”lər salır:
“İsrail şirkətlərini Azərbaycanla bu istiqamətdə ən yaxşı təcrübələrini bölüşməyə, əməkdaşlıq etməyə çağırırıq”.
O qeyd edib ki, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir:
“Hədəf dayanıqlı kənd təsərrüfatı sisteminin əldə edilməsidir. Ümumiyyətlə, Azərbaycanda biznes mühiti çox müsbətdir və əlverişli investisiya mühitinin yaradılması istiqamətində xeyli iş aparılır. Azərbaycan kənd təsərrüfatında mexanizmləri dəstəkləyən aparıcı ölkələr sırasındadır. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər bərabər ticarətdən və üstünlüklərdən yararlana bilərlər”.
“Qarşıdakı illər üçün əsas məqsəd azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulmasıdır”, – deyə o qeyd edib.
İlhamə Əbülfət
www.RIA24.az