Qafqaz – İberoamerika Düşüncə Mərkəzi Aİ – Azərbaycan Biznes Forumunda təmsil olundu.
Bu barədə Oxu.Az-a Mərkəzin rəhbəri Mahir Qurbanov məlumat verib.
O bildirib ki, mayın 17 – də Avropa İttifaqı – Azərbaycan biznes forumu keçirilib.
Tədbirdə Azərbaycan və Avropadan rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak edib.
Qafqaz – İberoamerika Düşüncə Mərkəzi də forumda təmsil olunub. Mərkəzin rəhbəri, Mahir Qurbanov forum çərçivəsində müxtəlif Avropa şirkətlərilə fikir mübadiləsi apararaq, eyni zamanda ispan dilli ölkələrlə bir mərkəz olaraq aparılan işlərdən yerli və beynəlxalq ekspertlərə ətraflı məlumat verib.
www.RIA24.az