SOCAR-ın vitse-prezidenti şirkətdə hansı kadrlara tələbat olduğunu AÇIQLADI

İqtisadiyyat

Azərbaycanda istehsalat sahəsində rəqəmsal biliklərə malik olan mütəxəssislərə böyük tələbat var.

“APA-Economics” xəbər verir ki, bunu 1-ci Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimində çıxış edərkən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib.

Onun sözlərinə görə, bu sahədə oxuyan və çalışan gənclər, əminliklə demək olar ki, özlərini işlə təmin edə biləcəklər.

“SOCAR Azərbaycanda gəncliyə diqqət yetirən və təqaüd proqramları yerinə yetirən ilk təşkilatlardan biridir. Hazırda 325 gənc SOCAR-ın xarici təqaüd proqramları ilə dünyanın ən nüfuzlu universitetlərində təhsil alır”, – deyə Xalik Məmmədov qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir