Qarabağ üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaranlara təklif olunan müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.
Oxu.Az-ın məlumatına görə, iş axtaran hər kəs e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.
Hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanı mövcuddur.
Vakansiyalar üzrə əmək haqqı işə götürən tərəfindən müəyyən edilir.
Qeyd edək ki, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Laçın, Şuşa və Xocavənd rayonları üzrə vakansiyalar Məşğulluq Alt Sisteminə yerləşdirilib.
İnternetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər.
www.RIA24.az