“Azəriqaz” abonentlərinin bu il qaza görə ödədikləri məbləğ açıqlandı

İqtisadiyyat

“Azəriqaz” İstehsalat Birliyinin abonentləri bu il istehlak edilmiş qaza görə 576 milyon manat ödəyiblər.

“APA-Economics”in xəbərinə görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə direktoru Rəşad Cavadov “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu il istifadə edilmiş qaz üzrə ödəniş səviyyəsi 99,1% təşkil edib.

Rəşad Cavadov qeyd edib ki, bu ilin yanvar-aprel aylarında “Azəriqaz” 3 498 milyon kubmetr qaz qəbul edib. Hesabat dövründə qazpaylayıcı şəbəkəyə verilən qazın 2 103 milyon kubmetri əhali, 1 395 milyon kubmetri isə qeyri-əhali abonent qrupunun payına düşüb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir