SOCAR-ın prezidenti vəzifəsini icra edən Rövşən Nəcəf Davos İqtisadi Forumunda iştirak edir.
Bu barədə SOCAR rəsmisi “Twitter” səhifəsində yazıb.
“İsveçrədə Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etməkdən və WEF22 çərçivəsində maraq doğuran mövzular üzrə əsaslı müzakirələrdə iştirak etməkdən məmnunam”, – deyə Rövşən Nəcəf SOCAR-ın tvitini retvit edib.
Qeyd edək ki, SOCAR şirkəti öz rəsmi hesabında qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi İsveçrənin Davos şəhərində baş tutan növbəti Dünya İqtisadi Forumu öz işinə başlayıb.
Have a pleasure to attend the #WorldEconomicForum at #Davos in #Switzerland and participate in the substantial discussions on the topics of interest within the framework of #WEF22.@wef https://t.co/VyLPE3moIU
— Rovshan Najaf (@RovshanNajaf) May 23, 2022
www.RIA24.az