Bu il iyunun 1-dən 4-dək Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsi keçiriləcək.
“Report”un məlumatına görə, müasir zamanda enerji sahəsində mövcud tendensiyaları nəzərə alaraq, Azərbaycanda Bakı Enerji Həftəsi (“Baku Energy Week”) öz brendi altında üç böyük tədbiri birləşdirib – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu.
Bu tədbirlərin keçirilməsi ilə bağlı təşkil olunmuş mətbuat konfransında “İteca Caspian” şirkətinin baş direktoru Fərid Məmmədov bildirib ki, Bakı Enerji Həftəsi Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunur:
“Bu il sərgilərdə və forumda öz iştirakını 30 ölkədən 249 şirkət iştirak edəcək. Ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan var”.
O qeyd edib ki, tədbirə ənənəvi olaraq Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.
Qeyd edək ki, Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi də göstərir: “ACWA Power”, bp, “Equinor”, “Masdar”, “INPEX”, “Turkiye Petrolleri”, “Baker Hughes”, “Microsoft”, “PASHA Bank”, “TechnipFMC”, “Tenaris”, “TotalEnergies”, “Uniper”, “Azeri MI Drilling”, “AZFEN”, “Baku Steel Company”, “Caspian Drilling”, “Caspian Marine Services Limited”, “Ernst & Young”, “Global Energy Azerbaijan Management”, “Tekfen”.
İştirakçılar arasında “BOS Shelf”, “Gazprombank”, “Equinor”, “Schlumberger” və digər şirkətlər çıxış edəcək.
Bakı Enerji Həftəsinə yüksək rütbəli qonaqların gəlməyi gözlənilir:
Serbiya Respublikasının Baş nazirinin müavini (dağ-mədən sənayesi və energetika naziri), Moldovanın Baş nazirinin müavini (infrastruktur və regional inkişaf naziri), ABŞ-ın Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini, Avropa Komissiyasının Energetika üzrə Baş İdarənin direktoru, Rumıniya, Bolqarıstan, Qazaxıstanın energetika nazirləri, İran İslam Respublikasının neft naziri, Beynəlxalq Enerji Forumun baş katibi, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi, İtaliyanın Ekoloji keçid nazirliyinin dövlət katibinin müavini, İndoneziyanın neft və qazın baş direktoru (Energetika və Mineral Ehtiyatlar Nazirliyi), Hindistan Respublikasının Enerji Nazirliyinin əlavə katibi, İdarə Heyətinin üzvü və İcraçı direktor (Bulgargaz EAD), TANAP Konsorsiumunun baş direktoru.
Bakı Enerji Həftəsinin əlavə tədbirlər proqramı çərçivəsində ənənəvi olaraq ikitərəfli biznes görüşləri (B2B) keçiriləcək.
Aktual mövzuları əhatə edəcək sessiyalar keçiriləcək:
“Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər”, “Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti”, “Energy Talks” sessiyaları: “Women in power”, “Bizimkilər”, Müştərilər və Təchizatçılar “Neft və Qaz bazarının tələbatında olunan təchizatçı necə olmaq olar”, “Əhəmiyyətli dərəcədə fərqli xüsusiyyətlərə malik neft məhsullarının saxlanması və tədarük zəncirinin idarə edilməsi”, “Neft sənayesində SƏTƏM idarəetməsi”.
Həmçinin iştirakçı şirkətlərin təqdimatları da keçiriləcək.
www.RIA24.az