Azərbaycanda qızıl BAHALAŞDI? – AÇIQLAMA + FOTO

İqtisadiyyat

Son bir neçə gün ərzində yerli bazarda zərgərlik məmulatlarının qiymətlərində artım müşahidə edildiyi bildirilir. İstehlakçılar xüsusilə də, 585 və 750 əyar zərgərlik məhsullarının cüzi bahalaşmanın olduğunu qeyd edirlər.

Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev Oxu.Az-a açıqlamasında deyib ki, güman edilənin əksinə hazırda zərgərlik məmulatları bazarında vəziyyət stabildir.

Onun sözlərinə görə, ciddi qiymət artımı və ya azalma müşahidə edilmir:

“2022-ci ildə ciddi qiymət artımı mart ayında olub. 8-9 mart tarixlərində 1 qram xam qızılın qiyməti birjada 65-66 ABŞ dolları təşkil edib. Sonrasında isə qiymət stabil olaraq 58-62 dollar arasında dəyişib. Hazırda isə 1 qram xam qızılın qiyməti 60 dollar civarındadır”.

Toğrul Abbasquliyev əlavə edib ki, ölkəmizdə zərgərlik məhsulları bazarı birbaşa olaraq toy və nişan mərasimləri ilə bağlıdır, bu səbəbdən Ramazan ayında zərgərlik bazarında müəyyən durğunluq yaşanıb:

“Adəti olaraq may ayında müəyyən stereotiplər var. Azərbaycanda bu ayda toy və nişan mərasimləri keçirilmir. Bu səbəbdən də müəyyən qədər durğunluq yaşanır. Lakin, iyun ayından başlayaraq bazarda müəyyən bir artımın olacağı proqnozlaşdırılır”.

O qeyd edib ki, hazırda zərgərlik məmulatlarının qiymətində ciddi bir artım yoxdur:

“Müəyyən bir azalmadan sonra son bir ayda qızılın qiyməti cüzi də olsa artıb, amma bu son pərakəndə qiymətlərə təsir edəcək səviyyədə deyil”.

Assosiasiyanın sədri onu da vurğulayıb ki, 585 və 750 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarının bazardakı qiymətləri isə çox fərqlidir:

“Brend məhsulların qiyməti daha yuxarıdır. Əgər məhsul topdan olaraq hansısa bir istehsalçıdan alınıb satılırsa bu daha ucuz olur. Demək olar ki, ortalama 585 əyar qızılın minimum dəyəri 100 manatdan 250 manata qədər arta bilər. 750 əyarda qızılın qiyməti isə 120-130 manatdan başlayaraq 300 manata qədər artır. Bundan da çox ola bilər. Məhsulun hansı brend altında təqdim olunması, dizayn və müxtəlif modellər də qiymət fərqi yaradır”.

Nigar Məmmədova

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir