Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədlər AÇIQLANDI

İqtisadiyyat

Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında 2 nəfərin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə üzvlüyü müzakirə olunacaq.

“Report” xəbər verir ki, bunlar hazırda qurumun baş direktoru olan Rəşad Temraz oğlu Orucov və sədrin müşaviri olan Əliyar Qəhrəman oğlu Məmmədyarovdur.

Xatırladaq ki, İH-nin 3 üzvünün səlahiyyət müddəti bu ilin mart ayında başa çatıb. Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev sonuncu dəfə 2017-ci ilin mart ayında parlamentin qərarı ilə 5 il müddətinə İH-nin üzvü seçiliblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir