SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “İstiqlal” və “Atəşgah” komandaları Bakıda ilk dəfə keçirilən, Türkiyənin ən böyük aerokosmik və texnologiya festivalı – “TEKNOFEST” çərçivəsində təşkil edilmiş yarışların qalibi olub.
“Cansat Model Peyk” yarışının final mərhələsində “İstiqlal” komandası hazırladığı peyk modelini uğurla səmaya buraxıb və birinci yerə sahib olub.
BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan beş tələbədən ibarət komandanın mentoru Bakı Ali Neft Məktəbinin məzunu və hazırda Məktəbdə müəllim olaraq fəaliyyət göstərən Ramil Şükürov, üzvləri isə Kənan Bəgəliyev, Fidan Mahmudova, Səmra Hüseynova, Qeybulla Əliverdiyev və Fuad Məmmədzadədir (kapitan).
Festivalın “Yaşıl Texnologiyalar” üzrə qalibi olan “Atəşgah” komandası isə BANM-in Kimya mühəndisliyi ixtisasında təhsil alan tələbələrdən ibarətdir. Komandanın mentoru Bakı Ali Neft Məktəbinin məzunu Murad Rəhimov, üzvləri isə Faiq Əliyev, Fatimə Məmmədova və Fərid Əliyevdir (kapitan).
www.RIA24.az