Mayın 31-də də Əmanətlərin Sığortalanması Fondunda (ADİF) ləğv prosesində olan “AG Bank” ASC-nin daşınmaz əmlakının icarəsi üzrə bağlı hərrac keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə bankın ləğvedicisi – ADIF məlumat yayıb.
Bildirilir ki, söhbət Bərdə şəhəri, Sənaye küçəsindəki 897,2 kvadratmetrlik qeyri-yaşayış sahəsindən gedir.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC-yə müvəqqəti inzibatçı təyin olunub və bank ləğvetmə mərhələsindədir.
www.RIA24.az