“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 806 milyon dollarlıq ixraca kömək edib

İqtisadiyyat

Bu ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 27,4 milyon ABŞ dolları olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın aprel buraxılışında qeyd edilir.

Sənədə əsasən, bu, ötən ilin may ayı ilə müqayisədə 79,1% çoxdur.

2017-ci ildən 2022-ci ilin may ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 806,3 milyon ABŞ dolları təşkil edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir