İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “AZSERTCENTER” MMC-nin istehlakçıları və sahibkarlıq subyektlərini çaşdırmaqla ona verilmiş icazədən sui-istifadə edərək səlahiyyəti olmadığı halda, bir sıra istehlak mallarına qanunsuz uyğunluq sertifikatları təqdim etdiyini üzə çıxarıb.
Bu barədə Dövlət Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bunu nəzərə alaraq qurumun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi şirkətin uyğunluğun qiymətləndirilməsi (sertifikatlaşdırma) fəaliyyətinə verilmiş akkreditasiya attestatını ləğv edib.
www.RIA24.az