ADB Azərbaycanda təhsilin inkişafına yeni kredit ayıracaq

İqtisadiyyat

2022-ci ildə Asiya İnkişaf Bankı (ADB) Azərbaycan hökumətinə texniki peşə təhsili inkişafı layihəsinin maliyyələşdirilməsinə 150 milyon ABŞ dolların ayrılmasını planlaşdırır.

Bunu “Report”a açıqlamasında Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Kandis MakDiqan deyib.

“Bu layihə hələ də hazırlıq mərhələsindədir. Ümid edirik ki, o, 2022-ci ilin sonuna kimi təsdiqlənəcək”, – K.MakDiqan bildirib.

Onun sözlərinə görə, ADB Azərbaycanda davamlı inkişaf layihələrində şərikli investorlardan biridir:

“ADB dəmiryolu tikintisindən tutmuş irriqasiya və təhsilə kimi xüsusi infrastruktur layihələrinin maliyyələşdirilməsini təmin edir.

Özəl layihələr baxımından ADB Azərbaycanda bərpaolunan enerji layihələrini dəstəkləyir. Bu sahədə bankın maliyyə resursları ölkədə alternativ enerji istehsal edən özəl müəssisələrinə yönəlib. 2022-ci ildə ADB digər investorlarla birlikdə “Masdar” şirkətinə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi üçün 35,7 milyon ABŞ dolları məbləğində kredit ayırdı. Gələcəkdə biz bərpaolunan enerji layihələri üzrə digər investorlarla da əməkdaşlıq etməyi planlaşdırırıq”, – K.MakDiqan qeyd edib.

Qeyd edək ki, 22 dekabr 1999-cu ildən üzvlüyə qəbul olunmuş Azərbaycan ötən dövrdə 80-dən artıq layihəyə kredit, zəmanət, texniki dəstək qrantları qismində ADB tərəfindən beş milyard ABŞ dollara yaxın vəsait alıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir