Mikayıl Cabbarov 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib.
Bu barədə iqtisadiyyat naziri “Twitter” hesabında paylaşım edib.
“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Gələcəyimizin təməli olan uşaqların xoşbəxt və sağlam böyüməsi, hərtərəfli biliklərə sahib olması hamımız üçün mühüm amal və əsas fəaliyyət istiqamətləridir. Bu gün sizin gününüzdür, əziz balalar. Bayramınız mübarək!” – deyə nazir qeyd edib.
1 İyun #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü-dür. Gələcəyimizin təməli olan uşaqların xoşbəxt və sağlam böyüməsi, hərtərəfli biliklərə sahib olması hamımız üçün mühüm amal və əsas fəaliyyət istiqamətləridir. Bu gün sizin gününüzdür, əziz balalar. Bayramınız mübarək! pic.twitter.com/JX13zrYsm0
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 1, 2022
www.RIA24.az