“Regionun enerji əhəmiyyəti daha da artıb”.
Bu sözləri BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində Baku TV-yə açıqlamasında deyib.
B.Aslanbəyli qeyd edib ki, hazırda regionda və dünyada baş verən siyasi, geosiyasi, iqtisadi proseslər fonunda regionun enerji əhəmiyyəti daha da artıb:
“Enerji həftəsinin keçirilməsi regionun enerji resurslarının işləməsində maraqlı olan bütün tərəflərin bir araya gətirilməsi və onlar arasında məhsuldar müzakirələrin aparılması üçün çox əhəmiyyətlidir”.
Daha ətraflı süjetdə:
www.RIA24.az