Azərbaycandan Rusiyaya tərəvəz, meyvə və giləmeyvələrin çatdırılması daha da sürətlənəcək, logistik xərclərin dəyəri isə təxminən 30% azalacaq.
Bu barədə “Life Shot” “Telegram” kanalının əldə etdiyi sənəddən məlum olur.
Bildirilir ki, bu, gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilmiş formatı və sərhəddə yeni “Xudat” logistika mərkəzinin tikintisi sayəsində mümkün olacaq.
Ekspertlər bildirirlər ki, müvafiq olaraq məhsulların qiyməti də aşağı düşəcək və tez xarab olan məhsulların Rusiyaya daşınması daha rentabelli olacaq.
“Federal Gömrük Xidməti sadələşdirilmiş dəhliz üzrə layihəni yekunlaşdırıb. Dəyişikliklər yaxın vaxtlarda qüvvəyə minəcək. Sahibkarların fikrincə, bu, Moskvaya və bölgəyə səyahət vaxtını bir gün yarıma qədər azaldacaq”, – deyə kanaldan vurğulanıb.
Fotoda Azərbaycanla sadələşdirilmiş dəhliz layihəsinə dair Federal Gömrük Xidmətindən Rusiyanın müxtəlif idarələrinə göndərilmiş sənəddən skrinşot əks olunub.
www.RIA24.az