Xoşbəxt Yusifzadə: “AÇG-dən hasil edilən neftin 59%-i dünya bazarlarına nəql edilib”

İqtisadiyyat

“İndiyə qədər Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 553 milyon ton neft və 194 milyard kubmetr təbii qaz hasil edilib”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən konfransın ikinci günündə bildirib.

Onun sözlərinə görə, hazırda AÇG-dən gündəlik 59 min ton neft, 40 milyon kubmetr təbii qaz hasil edilir.

SOCAR rəsmisi bildirib ki, yataqlar blokunda hasilata başlanılan gündən bu günə qədər 325 milyon ton mənfəət nefti dünya bazarlarına nəql edilib ki, bu da ümumilikdə hasil edilən neftin 59%-i təşkil edir.

O qeyd edib ki, bu ilin mayın 1-nə qədər AÇG-dən ixrac edilən 628 milyon neftin 458 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti ilə nəql edilib.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37%), SOCAR (25%), “MOL Group” (9,57% 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%) pay sahibidir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir