SOCAR bu il səmt qazı emissiyası üzrə sıfır göstəriciyə nail olmaq istəyir

İqtisadiyyat

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin sonuna kimi hasilatda səmt qazlarının emissiyası üzrə sıfır göstəriciyə nail olmağı planlaşdırır”.

“Report”un məlumatına görə, bunu Bakı Enerji Forumunun ikinci günündə çıxış edərkən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə bu göstərici 2% səviyyəsində olub.

R.Hüseynzadə onu da qeyd edib ki, SOCAR karbonsuzlaşdırma, enerji effektliyi, səmt qazlarının yığılması və digər ekoloji məsələlər üzrə də aktiv fəaliyyət göstərir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir