Mikayıl Cabbarov Moldova baş nazirinin müavini ilə görüşdü – FOTO

İqtisadiyyat

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moldova baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinu ilə görüşüb.

M.Cabbarov bu barədə məlumatı “Twitter” hesabında paylaşıb.

Onun sözlərinə görə, Moldova baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinu ilə görüş faydalı keçib:

“İxrac sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və biznes-forumların təşkil edilməsi barədə ətraflı müzakirələr apardıq”.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir