“Hazırda Azərbaycanda 1 100-dən çox faydalı qazıntı yatağı var”.
“Report” xəbər verir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
O bildirib ki, bura minə yaxın qeyri-filiz yataqları, 114 yeraltı termal, içməli su yataqları daxildir:
“Kəşfiyyat işlərinin aparılması üçün hər bir dövrün öz tələbləri var. Kəşfiyyat işlərində yeni texnologiya və innovasiyalardan istifadə edilir”.
www.RIA24.az