“Son dövrlərdə qlobal miqyasda apstrim layihələrinə investisiya qoyuluşlarında azalmaların müşahidə olunması səbəbindən hazırda beynəlxalq bazarlarda təkliflər tələbi qarşılaya bilmir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində bu gün Şuşada təşkil edilmiş “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusunda xüsusi sessiyada bildirib.
“Buna görə də apstrim və midstrim layihələrinə investisiyaların artırılması zəruridir”, – deyə o, qeyd edib.
www.RIA24.az