“Şərq Bazarı” kompleksində KOBİA-nın daha bir dəstək mexanizmi fəaliyyətə başladı – FOTO

İqtisadiyyat

İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bərpa və yenidənqurmadan sonra açılışını etdikləri “Şərq Bazarı” kompleksində KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində mikro və kiçik sahibkarların məhsullarının satıldığı mağaza da fəaliyyətə başlayıb.   

Mağazada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmin etdiyi dəstək çərçivəsində 10 mikro və kiçik sahibkarlıq subyektinin məhsullarının satışı həyata keçirilir. Burada qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri satılır.

Bu gün KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmış sahibkarlarla görüşüb, bizneslərinin inkişafı və dəstək mexanizmi ilə bağlı fikir mübadiləsi aparıblar. Sahibkarlar dövlət dəstəyi üçün təşəkkür ediblər. 

Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi çərçivəsində Bakının digər ticarət obyektlərində də bu cür satış yerlərinin təşkili nəzərdə tutulur və hazırda bu sahədə sahibkarlardan daxil olan müraciətlər dəyərləndirilir. 

Qeyd edək ki, KOBİA-nın satışa və bazarlara çıxışa dəstək mexanizmlərindən yararlanmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri elektron qaydada KOBİA-ya müraciət edə bilərlər. 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir