Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan Respublikasına göndərilməsi nəzərdə tutulan taxta məhsulunda zərərli orqanizmlər müəyyən edib.
Bu barədə qurumun yaydığı məlumatda qeyd olunur.
Komi Respublikası ərazisində karantin tətbiq olunan iynəyarpaqlı meşə məhsullarında aparılan yoxlamalar nəticəsində ümumi həcmi 200 kubmetr olan iki məhsul partiyasında canlı sürfələr aşkar edilib.
Müəyyən edilmiş həşərat növləri mal partiyasının göndəriləcəyi Azərbaycan Respublikasında da zərərli hesab edilir.
Tənzimlənən məhsullarda yaşamaq qabiliyyətinə malik zərərli həşəratların olması karantin fitosanitar zonasında karantin obyektləri ilə mübarizə qaydalarının pozulmasından xəbər verir.
Məhsullar karantin fitosanitar tələblərinə uyğun gəlmədiyi üçün yükgöndərənlərə bu partiyaların ixracı üçün fitosanitar sertifikatının verilməsindən imtina edilib.
Yükgöndərənlərə və məhsulların sahiblərinə məcburi tələblərin pozulmasına yol verilməməsi barədə xəbərdarlıqlar edilib.
www.RIA24.az