Ötən il təhsil haqqını ödəyə bilməyən tələbələrin sayı açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent 12” jurnalında qeyd olunub.
Belə ki, ötən il 38 nəfər təhsil haqqını ödəyə bilmədiyinə görə akademik məzuniyyət götürüb.
Bunlardan 20 nəfəri bakalavriat, 3 nəfər magistratura, 5 nəfəri tam orta ixtisas bazası və 1 nəfəri isə ümumorta ixtisas bazası üzrədir.
Qeyd edilib ki, 2021-ci ildə hərbi xidmətə çağırışla əlaqədar 2 892 nəfər akademik məzuniyyət götürüb ki, onların 570 nəfəri bakalavriat, 240 nəfəri magistratura, 1 858 nəfəri tam orta ixtisas bazası və 224 nəfəri isə ümumorta ixtisas bazası üzrədir.
Ötən il həmçinin 3 542 nəfər təhsil müəssisələrinə bərpa olunub. Onların 1 578 nəfəri bakalavriat, 374 nəfəri magistratura, 1 203 nəfəri tam orta ixtisas bazası və 387 nəfəri isə ümumorta ixtisas bazası üzrədir.
İlhamə Əbülfət
www.RIA24.az