Son beş ay ərzində e-qaydada verilən pensiyaların sayı AÇIQLANDI

İqtisadiyyat

Son 5 ay ərzində 147 mindən çox pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin yanvar-may aylarında 147,1 min pensiya, müavinət və təqaüd rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial təminat növlərinin təyinatı elektronlaşdırılıb.

İndiyədək 61,4 mini pensiya, qalanı müavinət və təqaüd olan 415,4 min təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatlar e-sistem üzərindən avtomatik həyata keçirilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir