Bu gün Türkiyə İxracatçılar Məclisinin (TİM) 29-cu növbəti ümumi yığıncağı keçirilib. Toplantıda “Türkiyənin ilk 1 000 ixracatçısı – 2021”in nəticələri açıqlanıb. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiye Petrol Tic. AŞ” şirkəti bu siyahıda səkkizinci sırada yer alıb.
Tədbirdə bildirilib ki, 2021-ci ildə ixrac öncəki ilə görə 32,8 artaraq 225,2 milyard dollara çatıb. İlk 1000 şirkətin 2021-ci ildə ixracı əvvəlki ilə nisbətən 33,2 faiz artaraq 123,3 milyard dollar olub, ümumi ixracda payı isə 54,7 faizə çatıb.
Bundan başqa tədbirdə TİM-in hazırladığı “Türkiyənin 1000 Ən Yaxşı İxracatçısı 2021 Prestij Kitabı”nın da təqdimatı olub.
“İxrac Çempionları Mükafat Mərasimində” ilk 10 ixracatçı şirkətə mükafatlar Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.



www.RIA24.az