“Azərbaycan Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir”.
Bunu “Report”a ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta bildirib.
Onun sözlərinə görə, hazırda Ukraynada davam edən müharibəni nəzərə alsaq, Azərbaycanın nəql etdiyi neft və qaz çox böyük əhəmiyyət kəsb edir:
“IX Qlobal Bakı Forumunda biz Ukraynadakı vəziyyəti və bu ölkəyə müdaxilənin fəsadlarını da müzakirə etdik. Azərbaycanın nəql etdiyi enerji resursları – neft və qaz çox böyük əhəmiyyət kəsb edir və bundan sonra da edəcək. Bundan başqa, perspektivlər də öyrənilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin bu gün təkcə neft və qaz haqqında deyil, həm də hidrogen, günəş və külək enerjisi, habelə bu sahələrin potensialı haqqında danışması vacib məqamdır”, – Sekuta deyib.
www.RIA24.az