Azərbaycanda 2022-ci ildə orta illik inflyasiyaya dair proqnoz məlum olub.
APA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, orta illik inflyasiyanın 12,5 faiz olacağı proqnozlaşdırılır.
Sənəddə o da göstərilir ki, ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar əlavə xərclərin maliyyələşdirilməsinə vəsait ayrılacaq.
Layihəyə əsasən, ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar əlavə xərclərin (193,0 milyon manat) maliyyələşdirilməsinə 2072,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
www.RIA24.az