Azərbaycan qazının Yunanıstandan Bolqarıstana ilk sınaq tədarükü həyata keçirilib

İqtisadiyyat

Azərbaycan qazının yeni İGB qaz kəməri vasitəsilə Yunanıstandan Bolqarıstana ilk sınaq tədarükü həyata keçirilib.

Məlumata görə, İGB boru kəməri ötən ilin birinci yarısında hazır olmalı idi. Lakin koronavirus pandemiyası və materialların təchizatı ilə bağlı problemlər səbəbindən bunu etmək mümkün olmayıb.

Bildirilib ki, borunun ildə 3 milyard kubmetr qaz ötürmə gücü var. Eyni zamanda, onun imkanlarını 5 milyard kubmetrə qədər genişləndirmək mümkündür.

Qeyd edək ki, IGB bazar əsaslı tədarük təhlükəsizliyi üçün Aİ-nin birgə strategiyasına uyğun olan layihədir.

Mənbə: BNR

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir