“Neftin qiyməti ilə bağlı ehtiyatlı davranırıq” – Nazirdən AÇIQLAMA

İqtisadiyyat

“Azərbaycan hökumətinin neftin qiyməti ilə bağlı məsələyə yanaşması mühafizəkardır. Biz ənənəvi olaraq neftin qiyməti məsələsində ehtiyatlı davranırıq”.

Oxu.Az-ın məlumatına əsasən, bunu maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Azərbaycan hökumətinin verdiyi proqnozlara görə beynəlxalq təşkilatlar məsuliyyət daşımır.

“Ona görə də biz ehtiyatlı davranırıq. Neftin bir bareli üçün büdcədə nəzərdə tutulan artım büdcənin gəlirlərini artırır”, – deyə o əlavə edib.

Qeyd edək ki, bu ilin büdcəsində təklif olunan dəyişikliyə əsasən, neftin proqnozlaşdırılan qiyməti 50 dollardan 85 dollara qaldırılır.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir