“Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrünə nisbətən 30,9% artaraq, 1 milyard 188 milyon ABŞ dolları təşkil edib”.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında qeyd edib.
“İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir”, – deyə o, qeyd edib.
İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində #qeyrineftməhsulları-nın ixracındakı müsbət tendensiya davam edir. Bu ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,9% artaraq 1 mlrd. 188 mln. dollar təşkil edib. pic.twitter.com/9rQf0D4H2I
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 23, 2022
www.RIA24.az