“Azərbaycanda rəqəmsal inkişaf sahəsində böyük işlər aparılır. Bu gün ənənəvi şəhərlərin “ağıllı şəhər”lərə çevrilməsi qarşımızda duran prioritet məsələlərdəndir”.
“Report”un məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib.
Bundan başqa, S.Məmmədov qeyd edib ki, hazırda Azərbaycanda əhalinin 81%-dən çoxunun internetə çıxışı var, ölkədə altı milyondan çox abunəçi genişzolaqlı internetlə təmin edilib.
www.RIA24.az