SOCAR Rumıniya iqtisadiyyatına investisiya qoyuluşunu AÇIQLADI

İqtisadiyyat

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniya iqtisadiyyatına 69 milyon ABŞ dolları investisiya yatırıb, bu ölkədə geniş fəaliyyətə malikdir.

“Report”un məlumatına görə, bunu Bakıda keçirilən “Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın 6-cı iclasında SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov bildirib.

“Hazırda SOCAR-ın Rumıniyada 729 işçisi var. Şirkətin bu ölkədə 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaqsaxlama deposu mövcuddur. Biz Rumıniya şirkətləri ilə əməkdaşlıqda çox maraqlıyıq”, – deyə o qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir