Bakıda Azərbaycan-QDTİB biznes forumu keçirilir

İqtisadiyyat

Bu gün Bakıda Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTIB) biznes forumu keçirilir.

“Report” xəbər verir ki, tədbirdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dimitri Pankin və digər rəsmi şəxslər iştirak edirlər.

Xatırladaq ki, ötən gün QDTİB-in 24-cü illik toplantısı keçirilib. Tədbirdə Banka üzv ölkələr – Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın təmsilçi direktorları iştirak ediblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir