Zavodu yanaraq külə dönən “Azersun”a dəymiş ziyanı hansı şirkət ödəyəcək?

İqtisadiyyat

“Azersun Holding”in yanan fabriki ilə bağlı daşınar və daşınmaz əmlakına dəymiş ziyanı Almaniyanın “Helman” təkrarsığorta şirkəti ödəyəcək.

Bunu “APA-Economics”ya açıqlamasında “Azersun Holding”in İdarə Heyətinin üzvü Savaş Uzan deyib.

O bildirib ki, daşınar və daşınmaz əmlakın təkrarsığortası sözügedən şirkətdə həyata keçirilib və xarici şirkətin nümayəndələri artıq dəyən ziyanı qiymətləndirməyə başlayıblar. Dəyən ziyanın həcminə gəlincə, Savaş Uzan bildirib ki, hələlik nəsə demək çətindir:

“Bu elə də sadə iş deyil. Ziyanın qiymətləndirilməsi altı aydan bir ilə kimi vaxt apara bilər. Ona görə də dəyən ziyanın həcmi ilə bağlı hələlik nəsə demək çətindir”.

Qeyd edək ki, bu ilin aprel ayının 28-də “Azersun Sənaye Parkı”nda “Sun Food” MMC-yə aid anbarlarda yanğın olmuşdu. Şirkətə 20-30 milyon manat civarında ziyan dəydiyi bildirilmişdi. Sözügedən məbləğ isə Azərbaycan tarixinin ən böyük sığorta ödənişi ola bilər.

Xatırladaq ki, “Sun Food” MMC-nin yerli sığortaçısı “Azersun Holding”ə daxil olan “Azərbaycan Sənaye Sığorta” Şirkətidir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir