SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Bakı Ali Neft Məktəbinin “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalında qalib olmuş komandaları ilə görüşüb.
Bu barədə o, özünün Facebook səhifəsində məlumat yayıb:
“Bu gün Bakı Ali Neft Məktəbinin 26-29 may tarixlərində keçirilən “TEKNOFEST” festivalında qalib olmuş komandaları ilə görüş keçirdik. Tələbələrimiz ilə qürur duyur, gənclərimizə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”.

www.RIA24.az