İşəgötürənlər tərəfindən hesabatların təqdim edilməsi prosesi tam elektronlaşıb

İqtisadiyyat

Dövlət Məşğulluq Agentliyi işəgötürənlər tərəfindən məşğulluq haqqında qanunvericilikdə nəzərdə tutulan hesabatların agentliyə təqdim edilməsi prosesini artıq tam elektronlaşdırıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Bildirilib ki, həmin hesabatlara  “Boş iş yerləri (vakansiyalar) haqqında”, “İşə qəbul edilən və işdən çıxarılan (o cümlədən: kvota üzrə) işçilər”, “İş yerlərinin və işçilərin orta illik siyahı sayı”, “İşçilərin sayı və ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər” və “İşçilərin hərəkəti” daxildir.
Qeyd olunub ki, agentlik bu hesabatları artıq Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsilə əldə edəcək, kağız daşıyıcılarda hesabat qəbul olunmayacaq. 
Qanununvericiliyin tələbinə uyğun olaraq işəgötürənlər iş yeri boşaldığı gündən ən geci beş iş günü müddətində əməkhaqqı göstərilməklə, vakansiya barədə məlumatları yalnız e-sosial.az portalı üzərindən “Məşğulluq” altsistemində yerləşdirməli və Ərazi Məşğulluq Mərkəzinin göndərişlərinə münasibət bildirməlidirlər.  
Dövlət Məşğulluq Agentliyi ölkə üzrə məşğulluğa dair məlumatları, ölkənin məşğulluq xəritəsini,  məşğul şəxslərin reyestrini özündə birləşdirəcək “Əmək münasibətləri və məşğulluq” altsisteminin hazırlanması işlərini də davam etdirir.
Altsistem işəgötürənlər, işə qəbul olunanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri paltforması rolunu oynayacaq.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir