“Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz qiymətlərinə arxayın olmamalıyıq”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan neft və qazdan əldə etdiyi gəlirləri düzgün məqsədlərə yönəltməlidir.
“Biz yeni iş yerləri yaratmalıyıq. Kiçik və orta sahibkarlığı inkişaf etdirməliyik. Kənd təsərrüfatı da inkişaf etdirilməlidir”, – deyə o bildirib.
Siyavuş Novruzov müharibə veteranlarının aylıq təqaüdünün 80 manatdan 130 manata çatdırılmasını da təklif edib.
“Müharibə veteranlarının müavinəti qaldırılmalıdır ki, heç olmasa onlar kommunal xərclərini ödəyə bilsinlər”, – deyən Siyavuş Novruzov onu da əlavə edib ki, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları arasında fərq qoyulmamalıdır.
Aqşin Kərimov
www.RIA24.az