Milli Məclisin iclasında maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsində neftin qiymətinin 85 dollar götürülməsinə aydınlıq gətirib.
Oxu.Az-ın məlumatına əsasən, S.Şərifov bildirib ki, bu qiymət məqbul hesab edilir.
“Burada təklif olundu ki, riskləri nəzərə alaraq neftin qiyməti dövlət büdcəsində 75 ABŞ dolları səviyyəsində götürülsün. Qeyd edim ki, 2022-ci ilin beş ayında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub. Beş ay ərzində daxil olan vəsaitləri və növbəti yeddi ay üzrə daxil olacaq vəsaiti nəzərə alaraq neftin bir barelinin orta qiymətinin 85 dollar götürülməsi məqsədəuyğundur”, – deyə nazir bildirib.
Aqşin Kərimov
www.RIA24.az