SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev abonentlərin sərfiyyatla bağlı guya əlavə ödənişlərə cəlb olunması ittihamına cavab verib.
Qurumdan verilən məlumata görə, R.Əliyev xüsusi proqramla dəymiş ziyanın uçotunun aparıldığını vurğulayıb.
Daha sonra, R.Əliyev sözügedən proqramda olan bəzi məlumatların mətbuata sızması nəticəsində insanlarda çaşqınlıq yarandığını qeyd edib. O vurğulayıb ki, yayılan görüntülər borclarla bağlı deyil.
“Bəzən mətbuata sızmalar özümüzədə fayda verir. Etdiyimiz bəzi səhvləri ictimaiyyət vasitəsi ilə daha tez aradan qaldırırıq”, – deyə “Azəriqaz” rəhbəri bildirib.
Ruslan Əliyevin abonent borcları haqda açıqlamasını təqdim edirik:
www.RIA24.az