Azərbaycan gəmilərinin bir aydan çox Gürcüstan limanında növbə gözləməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İqtisadiyyat

Rusiya-Ukrayna müharibəsinə görə Gürcüstanda logistika ilə bağlı problemlər yaranıb.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda “Azərsun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan bildirib.

“Ukrayna limanları bağlı olduğuna görə, Gürcüstan limanları həddindən çox yüklənib. Qonşu ölkədə Qazaxıstanın 9-10, Özbəkistan və Azərbaycanın isə 4 gəmisi bir aydan çoxdur ki, növbə gözləyirlər. Limanların vəziyyəti nəzərə alınmalı, onlara əlavə investisiya qoyuluşu həyata keçirilməlidir”, – deyə o qeyd edib.

“Hazırda Qazaxıstan və Özbəkistan yükləri orta dəhlizlə daşınır və gələcəkdə də daşına bilər. Karqo daşımalarının müvəqqəti olmaması üçün orta dəhlizə əlavə pul qoyulmalıdır”, – deyə S.Uzan əlavə edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir