Cəlilabadda minlərlə ton kartof MƏHV OLUR: Fermerlər əlacsız qalıb – VİDEO

İqtisadiyyat

Cəlilabadda tonlarla yığılmayan kartof torpağın altında çürüməkdədir.

Üstəlik yığılmış məhsul qiymətlərin 20 qəpiyə qədər enməsi nəticəsində fermer üçün əlverişsiz iqtisadi reallıq yaradıb. Hər iki halda məhsul məhv olmağa doğru gedir.

Qeyd edək ki, bu il rayonda 5 min hektardan çox ərazidə kartof əkilib. Mövsümün əvvəlində cənub bölgəsində kartofun iqlimə uyğun tez yetişməsi məhsula ciddi tələbat yaradır. Ənənəvi Rusiya bazarında da mövsümün əvvəlində Azərbaycan kartofuna ciddi ehtiyac duyulur. Sonrakı proses isə fermerlərin əleyhinə işləməyə başlayır – məhsulun daxili bazarda səmərəli iqtisadi satışı mümkünsüz hala gəlir. 

Xatırladaq ki, mövsümün əvvəlində kartofun topdansatış qiyməti hətta bir manata qədər yüksəlmişdi. Üstəlik nə qədər çətin də olsa, ənənəvi Rusiya bazarına kifayət qədər məhsul göndərmək mümkün olub. Bu il qonşu ölkəyə 57 min ton Cəlilabad kartofu göndərilib. Hazırda isə bu xarici bazara öz yerli məhsulu daxil olduğundan Azərbaycan kartofunun ixracına ehtiyac duyulmur. Ənənəvi problem isə birdir – fermerlərin münasib zamanda və münasib qiymətə satmaq üçün məhsulu saxlama soyuducuları yoxdur. Rəsmi məlumatlara görə, hazırda Cəlilabad fermerlərinin 200 hektara yaxın məhsulu torpaqdan toplanmamış saxlanılır.

Daha ətraflı Baku TV-nin süjetində:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir